Tarix : 2010 Jul 06
Kod 18258

Davudoğlu Libermana cavab verdi

"Onun sözünün bizim üçün heç bir qiyməti yoxdur"
Türkiyə Servisi/Aran Agentliyi
İsrail xarici işlər naziri Aviqdor Libermanın "Türkiyədən üzr istəməyəcəyik" sözlərinə Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu cavab verib. Davudoğlu "Liberman mənim tərəf müqabilim deyil" deyib. O bildirib ki, İsrailin xarici işlər naziri istifadə etdiyi üslub və davranışla müzakirə zəminindən uzaq olduğunu vurğulayıb.

Davudoğlu Libermanın sözünün Türkiyə üçün heç bir qiymətinin olmadığını bildirib: "Tərəf müqabilimiz olsaydı, müzakirə edərdik. Bölgədəki tərəf müqabillərimiz diplomatik nəzakət qaydaları içərisində davranmalı, bölgədə sülh siyasətini təşviq etməlidirlər. Təəssüf ki, Liberman çox fərqli davranış nümayiş etdirir. İsraildə koalisiya içərisində çox fərqli ünsürlər bir aradadır. Liberman xarici işlər naziri olaraq mənim tərəf müqabilimdir, ancaq bu mövzunu onunla müzakirə edəcək zəmin yoxdur".

  • Yazılıb
  • da (də) 2010 Jul 06