Tarix : 2010 Jul 06
Kod 18261

Putinə tiflisdən cavab gəldi

Georqi Bokeriya: "Bu, abırsız bir bəyanatdır"
Gürcüstan Servisi/Aran Agentliyi

Gürcüstanın xarici işlər nazirinin müavini Georqi Bokeriya Rusiyanın baş naziri Vladimir Putinin 2008-ci ilin avqust müharibəsi ilə bağlı bəyanatını “çox abırsız bir bəyanat” adlandırıb. Qeyd edək ki, V.Putin Hillari Klintonun Gürcüstanın ərazi bütövlüyü ilə bağlı bəyanatını şərh edərkən deyib ki, bu müharibəni onlar başlamayıb, məsuliyəti isə müharibəni başlayan tərəf daşıyır: “Kimsə hesab edir ki, Cənubi Osetiya işğal olunub, kimsə hesab edir ki, azad olunub. Və bu məsələ gürcü və Cənubi Osetiya xalqları arasında dialoqun predmetdidir. Üçüncü dövlətin araya girməsinə ehtiyac yoxdur”.

Bokeriya isə bu bəyanatı belə cavablandırıb: “Bu bəyanat bizim üçün adi abırsızlıqdır. Biz Rusiya və konkret olaraq Putin tərəfindən belə bəyanatlara öyrənmişik. Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur. Hamıya aydındır ki, münaqişənin həllinin Rusiyaya aid olmaması, başqa oyunçuların problemi həll etməli olması barədə bəyanat çox abırsız bir bəyanatdır və bu, məsuliyyətdən boyun qaçırmaq üçün çox ucuz bir cəhddir”. \ans\

Bununla belə Bokeriya ölkəsinin Rusiya ilə münasibətlərin normallaşmasında və əməkdaşlıq etməsində maraqlı olduğunu önə çəkib.

  • Yazılıb
  • da (də) 2010 Jul 06