Dindarların məhkəmə prosesi bu iclası ilə də tamamlanmadı, növbəti məhkəmə prosesi iyul ayının 8-i saat 11 30-da başlayacaq
Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün – iyulun 6-də Bakı şəhəri Yasamal rayon Məhkəməsində dindarların işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə ittiham olunanların vəkilləri və 3 hadisə şahidi çıxış edib. Qeyd edək ki, şahid kimi ifadə verən 3 nəfər həbsdə olan 5 nəfərin hadisə baş verən zaman heç kimə xəsarət yetirmədiyini və ümumiyyətlə dava etmədiyini bildirib. Şahid kimi ifadə verən Azər Heydərob, Əsədullayev Həmid və Nəsibov Rəşad təqsirləndirilən 5 nəfərin 13 fevral tarixində heç kimi döymədiyini, əksinə onların polis əməkdaşları tərəfindən döyüldüyünü bildiriblər. Xatırladaq ki, fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşən 5 nəfər dindarın - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Növbəti məhkəmə prosesi iyul ayının 8-i saat 11 :30-da başlayacaq.