Tarix : 2010 Jul 08
Kod 18289

Azərbaycanda məscidlərin tikinti və ya təmirinin problemi həll oldumu

Məsidlərlə bağlı yeni şura yarandı
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərkibində ölkədə mövcud məscidlərin təmiri və yeni məscidlərin tikintisilə bağlı Yeni Şura yaradılıb. Şuranın icazəsi olmadan ölkədə məscidlərin təmiri və ya yeni məscid tikintisi aparıla bilməz. Amma komitə Şuranın tərkibinə konkret kimlərin daxil olduğu, konkret səlahiyyətlərinin nədən ibarət olması haqda açıqlama vermir. Göründüyü kimi, hakimiyyət ölkədə qarşısıalınmaz xarakter alan və artıq dəfələrlə polislə dindarlar arasında münaqişə və qarşıdurmalara səbəb olan məscid tikintisi prosesini nəzarətə götürməyə çalırış. Son problem Yeni Günəşli Fatimeyi Zəhra məscidinin tikintisi ilə bağlı yaranmışdı, Amma ölkə başçısının məsələyə müdaxiləsindən sonra məscidin sökülməsi təhlükəsi aradan qalxdı. Məscidin problemi aradan qalxsa da hələlik tikintinin tamamlanma işləri başlamayıb. KIV-ə açıqlama verən icma sədri bildirib ki, məscidin problemi həll olunub, sökülmə təhlüksi aradan qalxıb indi tikintinin tamamlanma işlərinin başlanmasını və məscid tam hazır olandan sonra isə məscidin açılışını gözləyiik. Ümid edirik ki, tezliklə məscidin tikintisinin tamamlanma işləri başlanacaq.
 
 
  • Yazılıb
  • da (də) 2010 Jul 08