Axı necə etiraz etsinlər, belələri elə ABŞ və İsrailin puluyla millətçi olublar. Onlar nə vaxt həqiqi millət təəssübünü çəkiblər axı?!
Azərbaycan Servisi/Aran Agentliyi
Xanım Klinton ABŞ Dövlət Müşaviri kimi məsuliyyyətli bir vəzifədə ilk dəfə olaraq Şərqi Avropa və Qafqazı ziyarət etdi. Hətta bu ziyarət çərçivəsində İrəvandakı qondarma erməni soyqrımı abidəsini də ziyarət etməyi unutmadı. Amma nədənsə Azərbaycan türkçüləri və ya pantürkistləri xanım Klintona etiraz etmədilər və ya buna cürətləri çatmadı. “Azərbaycan türkçüləri nə üçün xanım Klintona İrəvanda qondarma erməni soyqrımı abidəsini ziyarət etdiyi üçün etiraz etmədilər, ABŞ səfirliyi qarşısında aksiya keçirmədilər?” sualı əslind çox asan cavablandırılır. Əlbəttə burda maddi bağlılıq da ola bilər. Axı necə etiraz etsinlər, belələri elə ABŞ və İsrailin puluyla millətçi olublar. Onlar nə vaxt həqiqi millət təəssübünü çəkiblər axı?! Onlar ABŞ-a etiraz etməyə cürətləri yoxdur, çünki millətçilik onlar üçün ideya deyil qazanc mənbəyidir. Guya qondarma Qarabağ Respublikasının yeganə diplomatik nümayəndəliyinin ABŞ-ın paytaxtı Vaşinqtonda olmasını bilmirlər?! Guya ABŞ-ın ildə erməni işğalçılarına nə qədər yardım ayırdığını bilmirlər?! Amma yenə ABŞ-a xilasedici kimi baxırlar. Çünki belələrinə vətən, milət yox öz şəxsi maraqları daha çox lazımdır.