Tarix : 2010 Jul 08
Kod 18291

Azərbaycandakı bu ilki seçkilər müzakirə olunur

Xarici təşkilatlar seçkilərin necə keçiriləcəyindən narahatdılar
Azərbaycan Servisi/Aran Agentliyi
Bakının “Hyatt Regency” otelində Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurası Venesiya Komissiyası “Şikayət və müraciətlərə baxılması” ilə bağlı seminar-treninq keçirir. Forumda Venesiya Komissiyasının ekspertləri, mərkəzi və dairə seçki komissiyalarının üzvləri iştirak edib. Seminarda şikayət və müraciətləri edəcək və onu araşdıracaq subyektlər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi qeyd olunub. Forumda şikayət və müraciətlərə baxılmasının üsulları və strategiyaları ətrafında müzakirələr keçirilib.  “Azərbaycanda şikayət və müraciətlərər baxılması üçün təlimat var. Mərkəzi və dairə seçki komissiyalarında şikayətləri araşdıran ekspert qrupları fəaliyyət göstərir”, - MSK katibi Natiq Məmmədov bildirib. Avropa Şurası bu il keçiriləcək parlament seçkilərini demokratiyanın nümayişi üçün bir fürsət hesab edir. “Sərbəst, azad və ədalətli seçkilərin keçirilməsi üçün şikayətlərə vaxtında və effektli baxılması çox vacibdir. Şikayətlərə baxılması üçün müstəqil və effektli mexanizm olmalıdır”, - AŞ baş katibinin Azərbaycandakı nümayəndəsi Veronika Kotek qeyd edib. Xanım Kotek hesab edir ki, şikayətlərdəki konkret faktlarla yanaşı, şikayəti doğuran səbəblər araşdırılmalıdır. “Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanda 2005-ci il parlament seçkiləri ilə bağlı şikayət barədə qərarı var. Şikayətçiyə “tərtib edilən ərizələr şikayətə baxılması üçün bəs etmir” cavabının verilməsi qəbuledilən deyil. Şikayətlərə əsaslı cavab verilməlidir. Cavablar seçki prosesinə mane olmamalı və qısa müddətdə verilməlidir”.
 
 
  • Yazılıb
  • da (də) 2010 Jul 08