Azərbaycan Servisi/Aran Agentliyi
Bu ilin sentyabr ayında Ukrayna, Azərbaycan, Gürcüstan, Rusiya və Türkiyə limanlarında olacaq gəmilərin göyərtələrində “Yenidən qurulan dünyanın qlobal çağırışları” mövzusunda simpozuimlar keçiriləcək, Bu barədə Rus mediası xəbər verir. Bundan başqa sipozium iştirakçıları Moskva, Kiyev, Çernobıl ərazisi, nüvə raketlərinin buraxılması üçün şaxtların olduğu Pervomayda olacaqlar. İştirakçılar sırasında SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov və ABŞ-ın keçmiş dövlət katibi Kandaliza Rays da var. Simpoziumun proqramına hər bir ölkənin hakimiyyət və biznes nüamyəndələri ilə görüş, siyasət və tarix ətrafında müzakirələr daxildir. Azərbaycan üçün isə, bu qonaqlar sırasında SSRİ-nin ilk və son prezidenti Qorbaçovun olması olduqca təqdiredilməz və narahat edici haldır. Həmin cəlladın vicdanı üzərində Bakıda 1990-cı ilin 19-20 yanvar günlərində dinc əhalinin tanklar altında qalan insanların qanları durur.