Tarix : 2010 Jul 08
Kod 18293

“Amnesty International” və Jurnalistləri Müdafiə Komitəsi Eunulla Fətullayevin işi üzrə qərari pi...

"Azərbaycan hakimiyyəti bir daha göstərdi ki, tənqidi səsləri boğmaq üçün hər şey edə bilər"
Azərbaycan Servisi/Aran Agentliyi
Amnesty International və Jurnalistləri Müdafiə Komitəsi hüquq-müdafiə təşkilatları Qaradağ rayon məhkəməsinin jurnalist Eynulla Fətullayevin 2,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarını pisləyən bəyanat yayıb.  "Azərbaycan hakimiyyəti bir daha göstərdi ki, tənqidi səsləri boğmaq üçün hər şey edə bilər", deyən Aİ-nin Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Andrea Uber qeyd edib ki, Fətullayev dərhal azad edilməli, ona qarşı işə isə xitam verilməlidir. O, Avropa Şurasını Azərbaycanı öz öhdəliklərini pozduğuna görə cəzalandırmaq üçün konkret addımlar atmağa çağırıb. JMK nümayəndəsi Nina Oqnyanova məhkəmənin Fətullayevə qarşı narkotik saxlamaq ittihamını saxta adlandırıb və Apellyasiya Məhkəməsini bu qərarı ləğv etməyə çağırıb.
  • Yazılıb
  • da (də) 2010 Jul 08