Növbəti məhkəmə prosesi isə iyul ayının 20-i saat 11:00-da dövlət ittihamçısının çıxışı və ittiham olunanların vəkillərinin müdafiəsi ilə davam edəcək
Azərbaycan Servisi/Aran Agentliyi
İyulun 8-də Yasamal Rayon Məhkəməsində dindarların işi üzrə məhkəmə prosesi davam edib. Xəbəri “faktxəbər” yayıb. Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən iclasda ittiham olunanların vəkilləri və şahidlər çıxış ediblər. Qeyd edək ki, bu gün prosesdə zərərçəkmiş qismində şahidlərin iştirakı da gözlənilsə də, onlar məhkəməyə gəlməyiblər. Məlumat üçün bidirək ki, bu keçirilən prosesdə ittiham olunanların şahidlərindən 4 nəfər ifadə veriblər. Şahid qismində çıxış edənlər həbs olunan dindarların hadisə baş verən zaman heç bir polis əməkdaşı ilə mübahisə etmədiyini, onlara qarşı nalayiq söz işlətmədiyini, polislərə əl qaldırmadığını və ən əsası onlara daş atmadığını bildiriblər. Hətta şahidlərdən biri zərərçəkmiş qismində polis əməkdaşlarının daş atmaqla bağlı ittihamlarına, ayadınlıq da gətirib. Şahid hadisə baş verən zaman daş atanların dindarlar yox, binada olan azyaşlı uşaqların olduğunu söyləyiblər. Növbəti məhkəmə prosesi iyul ayının 20-u saat 11:00-da dövlət ittihamçısının çıxışı və ittiham olunanların vəkillərinin müdafiəsi ilə davam edəcək.