Tarix : 2010 Jul 09
Kod 18299

ABŞ – Rusiya ilə cəsus oyunu oynadı

ABŞ Rusiyaya cəsuslıq edən 10 nəfəri, Rusiya isə ABŞ-a cəsusluq edən 4 nəfəri azad etdi
Rusıya Servisi/Aran Agentliyi
Bir müddət öncə Rusiya cəsusluq etməkdə ittiham olunan 10 nfər rus məhkəmə zaından azad edilərək bir başa hava limanına gətirilmişlər və oradan da dövlət təyyarəsinə oturdularaq məlumatlara görə Rusiyaya yola salınmışlar. Əlbəttə cəsus dəstəsinin başında duran şəxs ABŞ-dan qaçandan sonra Kiprdə saxlanılsa da oradan da tezliklə buraxılıb və naməlum istiqamətdə qaçıb. Xəbələrə görə o itgin düşüb və onun axtarışları davam etdirilir. Amma dəstənin digər üzvləri azadlığa buraxılıblar. Onların rus olmasına baxmayaraq amerikalı adıyla ABŞ əleyhinə cəsusluq etməsi bildirilir. Ekspertlər bunu ABŞ – Rusiya arasındakı isti münasibətlərlə əlaqələndirsələr də bəziləri bununla razılaşmır və bildirirlər ki, cəsusluqda ittiham olunanlar Rusiya prezidentinin ABŞ-ın xeyrinə və Rusiya dövlətinin əleyhinə cəsusluqda ittiham olunan 4 nəfər rusiyalının azadlığa çıxmasından sonra azadlığa buraxıldılar. Yəni əslində ABŞ-Rusiya cəsus mübadiləsi aparıblar və bu isti münasibətdən deyil məcburiyyətdəndir. Yəni ABŞ bu on nəfəri qondarma ittihamla tutdu ki, öz rus cəsuslarını Rusiyanın türmələrindən azad edə bilsin.
 
 
  • Yazılıb
  • da (də) 2010 Jul 09