Tarix : 2010 Jul 09
Kod 18301

Qarabağ Azərbaycan əsas problemidir

Elmar Məmmədyarov: “Xarici işlər naziri olaraq fəaliyyətimin 90 faizi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır”
Azərbaycan Servisi/Aran Agentliyi
 “Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan diplomatiyasının bir nömrəli məsələsidir. Xarici işlər naziri olaraq fəaliyyətimin 90 faizi bu münaqişənin həlli ilə bağlıdır”. Bu açıqlamanı jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov verib. O, 9 iyulda peşə bayramını qeyd edən diplomatik xidmət əməkdaşlarının qarşısında duran digər məsələlərin Azərbaycanın müstəqilliyini daha da gücləndirmək, inkişaf etdirmək, beynəlxalq aləmdə layiqli yerini tutmaq üçün dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaq olduğunu vurğulayıb:“Azərbaycanın xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayı gündən-günə artır, bu iş davam edəcək”.  XİN başçısı diplomatiya ilə yanaşı bu prosesdə parlament diplomatiyasının rolunu da xüsusi qeyd edib. O bildirib ki, 21 əsrdə parlament diplomatiyası çox geniş imkanlara malikdir, güclü və nüfuzludur.
 
  • Yazılıb
  • da (də) 2010 Jul 09