Bu barədə Dünya Bankının "Sərhədsiz investisiyalar, 2010" adlı yeni hesabatında deyilir
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanda xarici investisiyalara məhdudiyyətlər dünya üzrə orta səviyyədən, o cümlədən Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə orta göstəricidən çoxdur. Bu barədə Dünya Bankının "Sərhədsiz investisiyalar, 2010" adlı yeni hesabatında deyilir. Qanunvericiliyinə uyğun olaraq, dövlət dağ-mədən sənayesində, neft və qaz sektorlarında işləyən şirkətlərin səhmlərinə nəzarət paketini özündə saxlamalıdır. Beləliklə, xarici, eyni zamanda daxili kapitalın iştirakı maksimum 49%-lə məhdudlaşır. Kütləvi informasiya vasitələri sektorunda xarici mülkiyyət də ciddi şəkildə məhdudlaşdırılıb. "Azərbaycanla müvafiq beynəlxalq sazişlərdə başqa cür nəzərdə tutulmayıbsa, media-şirkətlərin səhmlərinə xarici yiyələnmənin payı qəzet nəşriyyatçıları üçün 33%-lə məhdudlaşır və teleyayım şirkətləri üçün tamamilə qadağan edilib. Hazırda belə beynəlxalq sazişlər yoxdur", deyə tədqiqatda bildirilir.