Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov öz istəyini həqiqət kimi qələmə verir. Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan iyulun 17-də Almatıda XİN rəhbərlərinin görüşü zamanı Laçın və Kəlbəcər rayonlarının Azərbaycana verilməsi məsələsinin müzakirə olunacağı barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun sözlərini şərh edərkən bildirib. Xəbəri erməni mətbuatına istinadən “Turan” informasiya agentliyi yayıb. “Azərbaycan Qarabağ xalqının iradəsinə uyğun olaraq Qarabağın statusunun tanınmasına razılaşmayınca, Qarabağ qüvvələrinin hər hansı rayondan çıxarılmasından söhbət belə gedə bilməz”, - Köçəryan deyib.