Azərbaycanda da çox yaxşı tanınan Ərdəbilin İmam Cüməsi və o bölgədə "Vəliyyi Fəqihin" nümayəndəsi olan Höccətül İslam Vəl Muslinin Seyyid Həsən Amuli cümə namazının xütbəsində bəzi mətləblərə toxunub
İİR Servisi/Aran Agentliyi
Azərbaycanda da çox yaxşı tanınan Ərdəbilin İmam Cüməsi və o bölgədə "Vəliyyi Fəqihin" nümayəndəsi olan Höccətül İslam Vəl Muslinin Seyyid Həsən Amuli cümə namazının xütbəsində bəzi mətləblərə toxunub.
İslam-Azeri.az internet qəzeti "Əhli Beyt" agentliyinə istinadən bu xütbədən bəzi hissələri təqdim edir.
Seyyid Amuli ABŞ və bəzi qərb ölkələrinin İran barəsindəki " İran iddia edir ki, Yer Üzərində Allah Hakimiyyətinin nümayəndəsidir “ fikirlərinə belə cavab verib: "İran İslam Cumhuriyyəti baxmayaraq ki , qanunu Quran və Sünnədən götürülmüşdür heç vaxt “ Allah tərəfindən yer üzündə nümyəndəyik “ iddiasını etməmişdir. Amma qətiyyətlə deyirəm: Amerika dünyada öz çirkin və bəşərə zidd olan siyasətini məzlum xalqlar üzərində yürütməklə, Şeytanın bir başa yer üzündəki nümayəndəsidir".
Ərdəbilin İmam Cüməsi ABŞ-ın İraq, Pakistan, Yəmən və Əfqanıstanda törətdiyi cinayətlərə işarə edərək deyib: "ABŞ hansı haqla cinayət baş verməmişdən əvvəl xalqa qarşı qətliam tərədib, evlərini darmadağın edirlər? Amerikalılar hansı haqq ilə BMT – dən icazə almadan İraqa yürüş etdi və milyonlarla günahsız insanların qanını axıtdı?".
ABŞ-ın BMT-dəki veto haqqının qanunsuz olduğunu bildirən Ərdəbilin İmam Cüməsi amerikalıların dünya xalqlarından özünü üstün gördüklərini bildirib.
ABŞ-n İranın nüvə fəaliyyətinə qarşı reaksiyalarını da tənqid edən Amuli deyib: "Amerikalılar çox gözəl bilirlər ki, biz atom bombası düzəltmək fikrində deyilik . Onlar bilirlər , atom bombası yüzlərlə günahsız insanların ölümünə səbəb oldüğu üçün bizim etiqadımıza görə zidd və haramdır ".
İslam-Azeri.az