Tarix : 2010 Jul 13
Kod 18355

Erməni məhkəmə prosesində azərbaycanlılardan üzr istəyərək öz əməlindən utandığını bildirib

Azərbaycanlı döyüşçülərin abidəsini dağıdan erməni Eduard Arakelyan 3 il müddətinə azadlıqdan məhrum edilib
Ermənistan Servisi/Aran Agentliyi
Ukraynanın Sevastopol şəhərində Krımın alman faşistlərindən azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlılardan ibarət 77-ci diviziyanın əsgərlərinin şərəfinə ucaldılmış memorialı qismən dağıtmış erməni Eduard Arakelyan və Andrey Qanin adlı şəxslərin işi üzrə məhkəmə baxışı yekunlaşıb.Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov bu barədə məlumat verib. O bildirib ki, Sevastopolun Balaklav rayon Məhkəməsində keçirilən prosesdə prokuror müttəhimlərin hər birinə 4 il cəza istəyib. Qanunvericilik bu tipli cinayətlər törədənlərə maksimum 5 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Məhkəmənin qərarı ilə E. Arakelyan və A. Qanin 3 il azadlıqdan məhrum ediliblər. E. Arakelyan məhkəmə prosesində azərbaycanlılardan üzr istəyərək öz əməlindən utandığını bildirib.
 
  • Yazılıb
  • da (də) 2010 Jul 13