Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) iyulun 10-də keçirilən 10-cu qurultayında Yusif Bağırzadə partiyanın sədri seçilib. AMİP-də sədr postu 2007-ci ildən boş idi. Yusif Bağırzadə AMİP üzvlüyünə 2010-cu ilin aprelində gəlib. O, 2003-2006-cı illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 1995-2000-ci illərdə deputat kimi fəaliyyət göstərib. AMİP-ə gələnədək bir müddət siyasi fəaliyyət göstərməyən Yusif Bağırzadə vaxtilə Azərbaycan Demokrat Partiyasının üzvü olub. AMİP-in yeni sədri Yusif Bağırzadə rəhbərlik etdiyi qurumu parlament partiyasına çevirmək istəyir. Bu barədə yeni sədr KİV_ə verdiyi ilk açıqlamasında bildirib .