Tarix : 2010 Jul 13
Kod 18357

Azərbaycan Günəş enerjisindən istifadəyə başladı

İyulun 12-də Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasında ilk olaraq bu enerjidən istifadə olunacaq
Azərbaycan Servisi/Aran Agentliyi
Bu barədə ilk olaraq binanın qarşısında quraşdırılan günəş batareyalarının fəaliyyəti barədə binanın açılışında olan prezident İlham Əliyevə məlumat verilib. AzərTAc-ın məlumatına görə, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov bildirib ki, bu, paytaxtda həyata keçirilən ilk pilot layihədir: “Ərazidə quraşdırılan günəş panelləri və kollektorları həm Mərkəzi Seçki Komissiyasının yeni binasındakı qəza işıqlarının, həm də ətrafdakı işıq dirəklərinin fasiləsiz enerji ilə təmin olunmasına imkan verir. Binanın isti su ilə təchizatı hazırda günəş kollektorları vasitəsilə həyata keçirilir. Gələcəkdə belə layihələrin sayının artırılması və tətbiqinin genişləndirilməsi nəzərdə tutulur”.
  • Yazılıb
  • da (də) 2010 Jul 13