ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən oğurlanan İranın nüvə sahəsi üzrə alimi Şəhram Əmiri Pakistanın Vaşinqtondakı səfirliyində sığınacaq tapıb
İİR Servisi/Aran Agentliyi
İran radiosuna istinadən yayılan xəbərə görə, Əmiri çox qısa zamanda vətənə dönmək arzusundadır.Xatırladaq ki, iranlı alim 2009-cu ilin iyununda Səudiyyə Ərəbistanında ümrə zamanı oğurlanıb. İslam Respublikası o zaman Səudiyyə Ərəbistanı krallığını Əmirinin oğurlanmasında ABŞ-ın xüsusi xidmət orqanlarına yardım göstərməkdə ittiham etmişdi. Qeyd edək ki, İran və ABŞ arasında diplomatik əlaqələrə 1979-cu ildə son qoyulub. Hazırda İslam Respublikasının maraqlarını Amerikada Pakistan səfirliyi təmsil edir.