Tarix : 2010 Jul 14
Kod 18364

Növbəti küsdahlıq

.
Azərbaycan Servisi/Aran Agentliyi
Hacı Şahin Həsənli: “Ədalətli istintaqdan söhbət gedirdisə, bu məsələ beynəlxalq səviyyədə araşdırılmalı idi”
Mütəxəssislər mülki şəxslərin həlak olduğu əməliyyatda iştirak edən yəhudi əsgərlərinin "düzgün, peşəkarlıqla, cəsarətlə və ağılla" hərəkət etdiklərini və "dügzün qərar qəbul etmə qabiliyyətlərini" nümayiş etdirdikləri qərarına gəlib. İsrail ordusunun yaydığı hesabatda bildirilir ki, əməliyyat zamanı odlu silahdan istifadə olunması düzgün qərar olub və ümumilikdə əməliyyat bütövlükdə təqdirə layiqdir. İsrail silahlı qüvvələrinin qərargah rəisi General leytenant Qabi Əşkinazi bildirib ki, əməliyyat zamanı heç bir səhvə və ehtiyatsızlığa yol verilməsə də, donanma və müdafiə kəşfiyyat xidməti arasında koordinasiyanın zəif olduğuun etiraf edib. Əşkinazi həmçinin onu da bildirib ki, əsgərlərə qarşı göstərilən müqavimətin önəmsiz sayılması düzgün deyil. Mavi Mərmərə gəmisindəki fəalların əsgərlərə bıçaq, metal dəyənək və digər əşyalarlar hücum etdikləri də iddia olunub. Gəminin sərnişinləri isə yəhudi əsgərlərinin heç bir provokasiya olmadan atəş açmağa başladıqlarını deyirlər. Birlik.az-da məsələyə aydınlıq gətirən ilahiyyatçı Hacı Şahin Həsənli qeyd etdi ki, İsrail ilk dəfə deyil ki, ümumiyyətlə Qəzza və Fələstinlə bağlı məsələlərdə həyasızcasına belə bir qərəzli münasibət ortaya qoyub. Bu açıqlama qətiyyən məni təəccübləndirmir. Təəssüf doğuran budur ki, dünya birliyi bu açıqlamanı sükutla qarşılayır. Və faktiki olaraq böyük dövlətlər də əslində öz himayələri ilə həmin fikri bir daha ortaya qoyurlar. Əgər ədalətli istintaqdan söhbət gedirdisə, bu məsələ beynəlxalq səviyyədə araşdırılmalı idi. Və istintaq komissiyasi beynəlxalq səviyyədə yaradılmalı idi. Obyektiv qiymət veriləndən sonra danışıla bilərdi. Amma təəssüf ki, növbəti dəfə İsrail öz iradəsini bütün dünyaya qəbul elətdirdi. Və bir daha öz qanlı cinayətinə bu cür eybəcər və gülünc şəkildə bəraət qazandırdı.
Birlik.az
  • Yazılıb
  • da (də) 2010 Jul 14