Rusiya prezidenti Dmitri Medvedevin Rusiya Federasiyasının səfirləri və daimi nümayəndələri ilə Kremldə keçirdiyi görüş zamanı İranın nüvə potensialının artıq atom silahı ...
İİR Servisi/Aran Agentliyi
Rusiya prezidenti Dmitri Medvedevin Rusiya Federasiyasının səfirləri və daimi nümayəndələri ilə Kremldə keçirdiyi görüş zamanı İranın nüvə potensialının artıq atom silahı istehsal etməsi üçün kifayət qədər olduğunu deməsi İslam Respublikasını cavab reprikaya vadar edib.
İslam-Azeri.az internet qəzetinin "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, qarşı tərəfin mövqeyini İran parlamentinin təhlükəsizlik məsələləri üzrə milli komitəsinin rəhbəri Ələddin Burucerdi açıqlayıb: "Rusiya prezidentinin bəyanatı ABŞ və Böyük Britaniya kəşfiyyatının yalan informasiyalarına əsaslanır. Bizim istəyimiz budur ki, Rusiya dövlətinin rəsmiləri belə dezinformasiyalara uyaraq tələsik bəyanatlar verməsinlər. Nüvə enerjisi sahəsindəki fəaliyyətimiz daim MAQATE-yə və digər beynəlxalq təşkilatlar üçün şəffaf olub"
Burucerdi atom silahı əldə etməyin İranın maraq dairəsinə daxil olmadığını bildirərək deyib: "İran nüvə silahına malik olmaq üçün çalışmır və bunun əleyhinədir. Rusiyanın da sərəncamında olan kütləvi qırğın silahları məhv edərək İranla bərabər dünyada nüvə silahının yayılmaması istiqamətində mübarzə aparmasını istərdik".
İslam-Azeri.az