Tarix : 2010 Jul 15
Kod 18374

İranlı alim ABŞ-ı ifşa etdi

Hillari Klinton biabır oldu
İİR Servisi/Aran Agentliyi
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusları tərəfindən ələ keçirilən və ABŞ-da saxlanılan iranlı nüvə fiziki Şahram Amiri, casuslardan qaçaraq Pakistan səfirliyinə gəldikdən sonra vətəninə yola salınıb və artıq İrana çatıb. Səhər saatlarında Qətərdən alimi gətirən təyyarə Tehrana enib. İrana qayıtdıqdan dərhal sonra Amiri yerli və bəzi xarici telekanallara müsahibə verib. Amiri oğurlanmasını belə anladıb: “Səudiyyə Ərəbistanında Həcc ziyarətində idim. Qarşımda bir ağ mikro-avtobus dayandı. Onlar mənə fars dilində digər zəvvarlar qrupundan olduqlarını bildirdilər: “Biz məscidə tərəf gedirik və səni də özümüzlə götürməyə şad olardıq”. Qapını açıb içəriyə oturan kimi arxadan bir nəfər silahı mənə tuşladı və dedi: “Lütfən, özünüzü sakit aparın və səs çıxarmayın”. Daha sonra mənə iynə vurdular. Və ayılanda artıq hərbi vertolyotda idim.”, - deyə Amiri ilkin müsahibəsində bildirib.İranlı alim həmçinin bildirib ki, ABŞ-da olarkən o, öncə psixoloji təzyiqə məruz qalıb, ondan bir neçə milyon dollar götürmək və Amerika KİV-lərinə İrandan gizli sənədlərlə qaçdığını və ABŞ-dan sığınacaq istədiyini söyləmək tələb olunub. Lakin, o, bu təklifdən imtina edib. Bundan sonra ona işgəncələr verərək, televiziyalar qarşısında İranın atom bombası hazırladığını söyləmək tələb olunub. Ağır işgəncələrə dözən alim, buna da razılıq verməyib.Beləliklə, öz vətəninə qayıdan iranlı alim, ABŞ dövlət katibi Hillari Klintonun dünya ictimaiyyətini çaşqınlığa salmaq məqsədilə verdiyi bəyanatını tamlıqla rədd edib. Belə ki, Hillari Klinton alimi İrana yola salmazdan öncə bildirmişdi ki, guya, Amiri Amerikaya öz xoşu ilə gəlib.
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Jul 15