Tarix : 2010 Jul 15
Kod 18375

Azərbaycandakı daşqınlar beynəlxalq səviyyədə müzakirə olunur

Bununla bağlı yerli və xarici qurumlar birgə tədbir keçirib
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanın cənub-qərb rayonlarında baş vermiş daşqının səbəb və nəticələri bu gün Park Inn otelində keçirilən dəyirmi masada müzakirə olunub.
    Vətəndaş cəmiyyətinin daşqından sonra yaradılmış "Kür" qərargahı Açıq Cəmiyyət İnstitutu-Azərbaycanın dəstəyi ilə beynəlxalq təşkilatların və diplomatik missiyaların nümayəndələrinə bu ilin may-iyun aylarında baş vermiş daşqın və Azərbaycanın 40 rayonuna ziyan vurmuş fəlakətin humanitar nəticələri ilə bağlı informasiya və analitik materiallar təqdim edib.
 
 
  • Yazılıb
  • da (də) 2010 Jul 15