Zərərçəkmişlər məhkəmədə iştirak etmədiyi üçün proses ayın 27-i saat 11:30-a təxirə salınıb
Azərbaycan Servisi/Aran Agentliyi
Məhkəmə zamanı zərəçəkmişlərdən heç biri salonda olmayıb. Qeyd edək ki, 20 iyuldakı növbəti prosesdə ittiham olunanların vəkilləri məhkəməyə hadisə baş verən zaman qeydə alınan videogörüntüləri təqdim edib. Hakim Elçin Qurbanov vəkillər tərəfindən ona verilən diskə elə proses gedən zaman kopüter vasitəsilə izləyib. Dindarların vəkilləri hakimə sübut etməyə çalışıblar ki, 13 fevral hadisə baş verən zaman ittiham olunanlar heç bir polis əməkdaşına əl qaldırmayıb. Hakimə video-lentə baxdıqdan sonra zərərçəkmişlərə sualı olduğunu bildirib. Lakin zərərçəkmişlər məhkəmədə iştirak etmədiyi üçün proses ayın 27-i saat 11:30-a təxirə salınıb.
Xatırladaq ki, fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşən 5 nəfər dindarın - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovun barəsində həbs-qətimkan tədbiri seçilib, istintaq işi açılıb və hazırda tamamlanmış istintaqın məhkəmə prosesi gedir.