Azərbaycan Servisi/Aran Agentliyi
RBK Daily-nin məlumatına görə, Azərbaycanda çay idxalının tənzimlənməsi sistemi rusiyalı ixracatçıların maraqlarını pozur. Bu barədə Rusiyanın çay və kofe istehsalçıları assosiasiyası - “Rosçaykofe” baş nazir Vladimir Putinə məlumat verib. Azərbaycana çay ixracında yerli şirkətlər 50 mln. dollar qazana bilər. Halbuki, hazırda onların gəliri cəmi 34 min dollar təşkil edir. Eyni zamanda Azərbaycan tərəfi öz çayını Rusiyaya idxal etməklə 4,5 mln. dollar alır. “Rosçaykofe”nin Vladimir Putinə məktubunda deyilir ki, Azərbaycanda faktiki olaraq çay idxalına qadağa var, halbuki, Azərbaycan çayının bazara çıxışı üçün rəsmi maneələr yoxdur. “Rosçaykofe”nin baş direktoru Ramaz Çanturiya qeyd edib. “Rusiyanın çay şirkətləri dəfələrlə yerli bazara daxil olmaq istəyiblər, amma formal maneələrlə üzləşiblər, deyə cənab Çanturiya sözünə davam edib. - Buna Azərbaycan rəhbərliyinin yerli oyunçuların maraqlarını müdafiə etməsi kimi baxmaq olar. Əsas dividendləri inhisarçı "Azərsun" alır. Bəzi çay operatorlarının sözlərinə görə, yerli bazarda işləmək üçün yeganə imkan çay idxalı üçün qeyri-rəsmi kvota almaqdır. Belə tənzimləmə sistemi azad ticarət haqqında beynəlxalq qanunlara ziddir və Rusiya istehsalçılarının və ixracçılarının maraqlarını məhdudlaşdırır, "Rosçaykofe"də belə hesab edirlər. Bununla belə, Azərbaycandan Rusiyaya çay ixracı hər-hansı məhdudiyyət olmadan həyata keçirilir. Təkcə 2009-cu il ərzində ixrac həcmi 2008-ci il ilə müqayisədə 22% (2,4 min ton), pulla ifadədə isə 26% (4,5 mln. dollar) artıb. Müqayisə üçün: Rusiya 2009-cu il ərzində Azərbaycan bazarına 34,3 min dollar məbləğində 1,4 t. çay ixrac edib. Cənab Çanturiyanın sözlərinə görə, nəzəri cəhətdən Rusiya şirkətləri bazarı tamamilə çayla təmin edə bilər, amma yüksək rəqabəti nəzərə alaraq, yerli istehsalçılar ümumi həcmin yarısına - 7-8 min tona ümid ola bilərlər. Bütün məhdudlaşdırıcı tədbirlər ləğv edildiyi halda Azərbaycana Rusiya çayının ixrac həcmi pulla ifadədə 50 mln. dollara çata bilər. "Rosçaykofe" hökumətdən Rusiya çay sənayesinin ixrac potensialının dəstəklənməsi və Rusiya və Azərbaycan arasında qarşılıqlı səmərəli ticarət-iqtisadi münasibətlərin bərpası üçün yardım göstərməyi xahiş edir. Problemin həlli mümkün olmadığı halda assosiasiya Azərbaycandan çay idxalına məhdudiyyətlər, hətta qadağa belə qoyulması mümkünlüyünə baxılmasını xahiş edəcək. Rusiya Azərbaycan bazarı hesabına çay ixracını iki dəfəyə qədər artıra bilərdi, cənab Çanturiya belə hesab edir. Azərbaycanın çaya olan tələbatı 15 min ton təşkil edir. Turan agentliyinin araşdırmalarına görə, yerli çay yarpağının istehsalının həcmi 300 tondan artıq deyil. İstehsal ferment çayının Azərbaycana idxalı, sonradan yerli çay fabriklərində müxtəlif markalarla qablaşdırılması üzərində qurulub. Rəsmi olaraq təxminən 8 min ton idxal olunur, 5 min tondan çox çay ixrac edir. Lakin ölkənin çay tələbatı ildə 15 min ton təşkil edir. Bir neçə il əvvəl bu sahədə inhisarçı olan Azərsun Holding təcrübədə əhalinin tələbatının tamamilə ödənilməsinin, rəqəmlərdə isə 7 min ton defisit olmasının səbəbini izah edə bilməmişdi. Bu, o deməkdir ki, ölkənin çay bazarının böyük hissəsi qeyri-qanunidir.