Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan Birlik Təşkilatı fəaliyyətində milli-mənəvi dəyərlərə, əxlaqi-etik qaydalara önəm verən yeganə təşkilatdır ki, 2003-cü ildən, həmin ilin prezident seçkiləri də daxil olmaqla bütün referendum və seçkilərdə bir neçə istiqamətdə fəaliyyət göstərib. KİV-ə son parlament seçkilərindəki fəaliyyətləri ilə bağlı açıqlama verən Azərbaycan Birlik Təşkilatının sədri Hacı Namiq Babaxan bildirib ki, 2003-cü ildən bəri bütün referendum və seçkilərdə fəal olmuşuq, bu ilki parlament seçkilərində də belə olacaq. ABT əsasən milli-mənəvi dəyərlərin və vətəndaş cəmiyyətinin maarifləndirilməsi və inkşafı sahəsində fəaliyyət göstərir. Buna görə də seçkilərdə fəallığ bizim üçün önəmlidir. Seçki əhval-ruhiyyəsinin, seçkiyə hazırlığın, seçkinin keçirilməsinin necəliyindən asılı olmayaraq biz əsasən seçki maarifi, seçkinin monitorinqi və müşahidəsi, əhali arasında seçki fəallığının təbliğat təşviqatı ilə 8 ildir ki, məşğuluq, kifayət qədər də təcrübəmiz var. Fəaliyyətində milli-mənəvi dəyərlərə, əxlaqi-etik qaydalara önəm verən, İslamtəmüyüllü qurum kimi tanınnan təşkilatlar arasında bu sahədə ən çox təcrübəyə malik olan təşkilatıq. Bundan əlavə ABT-nin fəalları bələdiyyə və parlament seçkilərində fərdi qaydada namizədlərini irəli sürməklə də seçkilərdə fəallığ göstərirlər. Biz onlara texniki və informasiya dəstəyi veririk. Bu ilki parlament seçkilərində də 6-7 nəfər ABT fəallarından namizədliyini fərdi qayda da irəli sürməyi planlaşdırıb. Bir QHT olaraq isə seçki maarifi, seçkinin monitorinqi və müşahidəsi, əhali arasında seçkilərin və seçkidə iştirakın təbliğat təşviqatı istiqamətində fəaliyyətimizə artıq start vermişik. Sadəcə yay fəsli olduğu üçün havaların isti keçməsi, qarşıdan gələn Mübarək Ramazan ayı, seçkikilərlə bağlı qanunlara olan bəzi əlavə və dəyişikliklər və ən əsası maliyyə problemi ilə əlqədar müəyyən qədər işlərimiz zəif irəliləyir.