Tarix : 2010 Jul 23
Kod 18438

Şəhid Seyyid Mübarizin cənazəsi artıq bir aydan çoxdur ki, ermənilərdədir

Ermənilər şəhidin cənazəsini qaytarmaq istəmirlər
Azərbaycan Servisi/Aran Agentliyi
İyun ayının 19-da cəbhənin Tərtər rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində 4 erməni əsgərini məhv edən və elə o sayda ermənini yaraladıqdan sonra qəhrəmancasına şəhid olan seyyid Mübariz İbrahimovun cəsədi hələ də düşmən tərəfindədir. Müdafiə Nazirliyi bununla bağlı “Üzərimizə düşən hər bir işi görürük” desə də hələ ki, heç bir nəticə yoxdur. Beynəlxalq təşkilatlar, xarici ölkələr, bu erməni vandalizminə hələ də susurlar.
 
  • Yazılıb
  • da (də) 2010 Jul 23