Azərbaycan Servisi/Aran Agentliyi
Türkiyə prezidenti Abdullah Gül Azərbaycana səfər edəcək. Bu barədə Bakıda səfərdə olan Türkiyənin dövlət naziri Zəfər Çağlayan məlumat verib. Z. Çağlayan səfər zamanı müxtəlif məsələlərlə yanaşı, Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi məsələsinin də müzakirə olunacağını deyib. Səfərin gələn ay baş tutacağını qeyd edən dövlət naziri həmin səfər çərçivəsində viza rejiminin ləğv ediləcəyinə ümidvar olduğunu vurğulayıb.