Azərbaycan Servisi/Aran Agentliyi
Çərşənbə günü Azərbaycana iki günlük rəsmi səfərə gələn Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan baş nazir Artur Rasizadə ilə görüşüb. Qonağı qəbil edən Artur Rasizadə deyib ki, qarşılıqlı səfərlər bütün sahələrdə ikitərəfli əlaqələrin inkuişafına kömək edəcək. Nazirlər Kabinetində qəbuldan sonra Çağlayan Azərbaycanda çalışan Türkiyə biznesmenləri ilə görüşüb. Naziri müşayiət edən yüzə qədər biznesmen də görüşə qatılıb. Çağlayan iki ölkə arasında ticarət investisiya əməliyyatlarını artırmağa, xarici layihələrdə Türkiyə və Azərbaycan biznesmenlərini birgə işləməyə çağırıb. İki ölkə arasında əmtəə dövriyyəsi 2008-ci ildə başlayan maliyyə böhranından sonra $2,9 mlrd-dan $2 mlrd-a düşüb. Azərbaycanda 700-dən çox Türkiyə şirkəti işləyir və onlar $6 mlrd kapital qoyublar. Azərbaycanın Türkiyəyə ümumi investisiyaları $3 mlrd-a yaxındır.