Tarix : 2010 Jul 29
Kod 18503

Azərbaycanda anormal istilər davam edəcək

Rəsmi tətillər isə gözlənilmir
Azərbaycan Servisi/Aran Agentliyi
 “Hazırda Bakı və Abşeron yarımadasında havanın hərarəti iqlim normasından 4 dərəcə yüksəkdir. Əvvəlki illərdə də belə istilər müşahidə edilib. 2000-ci ildə iyulun son günlərində bu cür isti hava şəraiti olub. Həmin il Mərkəzi Aran rayonlarında temperatur 42-43, Naxçıvan Muxtar Respublikasında hətta 46 dərəcəyədək yüksəlib”. Bu barədə KİV-ə məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, ölkə ərazisində iyulun 26-dan anormal istilər müşahidə edilir. Yüksək temperaturlar iyulun sonunadək davam edəcək. Mərkəzi Aran rayonlarında hərarətin 42 dərəcəyədək yüksəlməsi gözlənilir. Avqustun ilk günlərində də Azərbaycanda anomal isti hava şəraitinin müşahidə ediləcəyi proqnozlaşdırılır. A. Verdiyevin sözlərinə görə, iyulun 28-də Azərbaycanda ən yüksək temperatur Kürdəmirdə qeydə alınıb – 42 dərəcə. Ümumilikdə isə iyulun ən isti günləri ayın 11-12-də olub. İyulun 11-də Azərbaycan ərazisində ən yüksək temperatur Culfada müşahidə edilib – 44 dərəcə. İyulun 12-də isə Bakı və Abşeron yarımadasında 40 dərəcə isti olub.
 
  • Yazılıb
  • da (də) 2010 Jul 29