Tarix : 2010 Jul 29
Kod 18506

Azərbaycandan Həccə gedənlərin sayı kəskin azalıb

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sənədlərinin qəbulu sentyabrın ilk həftəsinə qədər davam etdiriləcək
Azərbaycan Servisi/Aran Agentliyi
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Mətbuat xidmətinin rəhbəri deyib ki, hazırda zəvvarların sənədlərinin qəbulu davam edir. Onun sözlərinə görə, bu il Həcc ziyarəti üçün ayrılan 2 min nəfərlik kvotaya uyğun olaraq, zəvvarların 1200 nəfəri avtobus, 800 nəfəri isə təyyarə ilə yola salınacaq. Qeyd edək ki, ziyarətə avtobusla getmək istəyənlər 2500, təyyarə ilə getmək istəyənlər isə 3500 manat ödəməli olacaqlar. Zəvvarların otel və qidalanma xərclərini də QMİ öz üzərinə götürəcək. Xatırladaq ki, Azərbaycanda Qurban bayramı noyabrın 16 və 17-də qeyd olunacaq. Həcc ziyarətinə gedən zəvvarlar isə bayramdan bir həftə əvvəl yola salınacaqlar. Ümumiyyətlə isə Azərbaycandan Həccə gedənlərin sayı kəskin azalıb, bu qiymət artımı və infilyasiya ilə əlaqələndirilir.
 
 
  • Yazılıb
  • da (də) 2010 Jul 29