Azərbaycan Servisi/Aran Agentliyi
Səudiyyə Ərəbistanının Kralı Abdulla bin Əbdüləzizin himayəsi altında keçirilən mötəbər tədbirə İslam aləminin tanınmış dini liderləri və müsəlman ölkələrinin hökumət nümayəndələri dəvət alıblar. Azərbaycanla yüksək səviyyədə münasibətlərə malik İslam Aləmi Liqası Azərbaycan üçün önəm kəsb edən məsələlərə, o cümlədən Dağlıq Qarabağ probleminin ədalətli həlli, qaçqın və məcburi köçkün vətəndaşlarıın vəziyyətinə həmişə həssaslıqla yanaşmış nüfuzlu müsəlman təşkilatıdır.Yubiley tədbirində tədbirəqatılan QMİ sədri Allahşükür Paşazadənin məruzə ilə çıxış edəcəyi və Qarabağ məsləsinin müzakirə olunacağı nəzərdə tutulur.