Tarix : 2010 Jul 29
Kod 18509

Amerika İran qarşısında geri çəkilir

ABŞ danışıqlara razıdır
İİR Servisi/Aran Agentliyi
Amerika Birləşmiş Ştatları İranın 20 faizlik zənginləşdirilmiş uranın Tehran Elmi Araşdırma Reaktorunda işlənməsi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bildirib. Bu barədə məlumat verən Dövlət Departamentinin sözşüsü Filip Krouli danışıqların bu yaxınlarda baş tuta biləcəyini deyib. “Biz həqiqətən də İranın uranın zənginləşdirilməsi proqramını tam başa düşmək üçün bir sıra məsələləri müzakirə etməyə hazırıq. Bu kimi görüşləri bir neçə həftə ərzində həyata keçirmək niyyətindəyik”, - deyə o bildirib.  Xatırladaq ki, Avropa İttifaqı (Aİ) İranın nüvə proqramıyla bağlı Tehranla danışıqları tezliklə bərpa etməyə çağırıb. Belə bir bəyanatla Aİ-nin xaici siyasət məsələləri üzrə səlahiyyətli nümayəndəsi Ketrin Eşton çıxış edib. O, bildirib ki, bu məsələylə bağlı Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar danışıqların bərpasına mane olmur. Xatırladaq ki, İran bir neçə gün əvvəl MAQATE-nin baş katibi Yukio Amanoya göndərdiyi məktubda Tehran Araşdırma Reaktoru ilə bağlı texniki məsələləri həll etmək üçün ekspertlərin görüşünün keçirilməsinə razılıq verib.
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Jul 29