Tarix : 2010 Jul 31
Kod 18520

Tehranın İmam Cüməsinin xütbəsindən

Vəhdət siyasi, iqtisadi və mədəni olur. Məhz iqtisadi vəhdətlə İran İslam Respublikasını hədəfə alan embarqoları sındırmalı və təsirsiz hala gətirməliyik
İİR Servisi/Aran Agentliyi
Tehranın cümə namazının xətibliyini Ayətullah Kaşani icra edib.

O, çıxışının əvvəlində İmam Zaman (ə.f)-in mübarək mövludu münasibətilə bütün müsəlmanları təbrik edərək, o həzrətin barəsində hədislərə işarə edib.

İslam-Azeri.az internet qəzetinin "Fars" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, ikinci xütbəsində Ayətullah Məhəmməd Kaşani Taliqanini yad edərək, ilk Cümə namazının kim tərəfindən qılınması haqda sual verib.

İlk Cümə namazı ilə Məsud İbn Umeyr arasında olan bağlılığa işarə edən Tehranın İmam Cüməsi deyib ki, İslam Peyğəmbərinə itaət edən bu gənc 40 yaşında şəhid oldu.

"Cavanlar vaxtlarını bihudə işlərə sərf etməsinlər. Gününüzü düzgün istifadə edin" deyən İmam Kaşani sözlərinin davamında İmam Sadiq (ə)-ın hədisinə də işarə edib. İmam Cümə İmam Sadiqin (ə) hədisindən sitat gətirərək deyib ki, "Allah-Təala möminlərin hacətlərini Cümə gecəsinə kimi yubadır və Cümə günü müstəcəb edir".

Tehranın İmam Cüməsi Cümə gününün həmçinin vəhdət günü olduğuna da toxunaraq vəhdətin növlərini namaz iştirakçılarına çatdırıb.

İmam Kaşani deyib: "Vəhdət siyasi, iqtisadi və mədəni olur. Məhz iqtisadi vəhdətlə İran İslam Respublikasını hədəfə alan embarqoları sındırmalı və təsirsiz hala gətirməliyik".

Tehranın cümə namazının xətibİ Ağ Evin sözcüsünün ABŞ-ın İranla danışıqlara hazır olması haqda bəyanat səsləndirməsinə diqqət çəkərək deyib: "İran həmişə nüvə məsələsində danışıqlara hazır olmasını önə çəkmişdir. İran XİN-i İslam Respublikasının mövqeyini dəfələrlə bəyan etmişdir. Lakin bunun əksinə danışıqda iştirak edən ölkələr bu danışıqlara sadiq qalmadılar və İrana qarşı sanksiyaların tətbiq edilməsinə zəmin yaratdılar. Bu o deməkdir ki, onlar rəsmi Tehranın xoşməramlı mövqeyini yaxşı dəyərləndirmədilər".

Ayətullah Kaşani sözlərinin davamında İrana qarşı sanksiyalar tətbiq edən ölkələri "imperialist" adlandıraraq bu embarqoların təsirsiz olduğunu önə çəkib.

Çıxışının sonunda hökümət rəsmilərinə səslənən Tehranın cümə namazının xətibliyini icra edən Ayətullah Kaşani deyib: "Vəhdət və Vəliyyi-Fəqihə itaətlə düşməni məyus edin!".
 
 
İslam-Azeri.az
 
 
  • Yazılıb
  • da (də) 2010 Jul 31