Tarix : 2010 Jul 31
Kod 18521

Türkiyədə təyyarədə bomba həyəcanı

Türkiyədə İstanbul-Trabzon reysi ilə hərəkət edən sərnişin təyyarəsində partlayıcı qurğu olduğuna dair “Atatürk” hava limanı rəsmilərinə məlumat daxil olub
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyədə İstanbul-Trabzon reysi ilə hərəkət edən sərnişin təyyarəsində partlayıcı qurğu olduğuna dair “Atatürk” hava limanı rəsmilərinə məlumat daxil olub. Bu səbəblə “Airbus 321” tipli təyyarə havaya qalxdıqdan bir müddət sonra “Atatürk” hava limanına geri qayıdıb. Təhlükəsizlik qüvvələri içində 194 sərnişin olan “Bingöl” adlı təyyarəni hava limanının təhlükəsiz bölgəsinə apararaq araşdırmalara başlayıb. Hazırda təyyarədə və sərnişinlərin baqajlarında partlayıcı qurğu axtarışı davam edir.
ans
 
  • Yazılıb
  • da (də) 2010 Jul 31