Tarix : 2010 Aug 03
Kod 18559

Yevlax dindarlarının məhkəməsi təxirə salındı

Yevlaxda iki dindarın məhkəmə prosesi keçirilməli idi, lakin 2 iyunda keçirilməli olan məhkəmə baş tutmayıb
Azərbaycan Servisi/Aran Agentliyi
Prosesin başlaması anında öncə Yevlax inanclıları, təqsirləndirilən şəxslər Hacı Ramin Quliyev və Mir Sadiq İsmayılzadə ifadə vermələri adı ilə məhkəmə salonuna çağırılıb. Lakin məhkəmə binası önündə xeyli Yevlax sakininin yığılmasını nəzərə alan məhkəmə icraçıları məhkəməni təxirə salmağa məcbur olublar. Təxirə salınmanın səbəbləri kimi “zərərçəkmişlər” və “şahidlər”in prosesə gəlməmələri göstərilib. Onların məhkəmə prosesinə niyə gəlməmələri haqqında da heç bir məlumat verilməyib. Bundan sonra məhkəmə prosesi avqust ayının 17-ə təyin edilib.
Qeyd edək ki, hər iki dindara qarşı cinayət məcəlləsinin 132-ci maddəsi üzrə məhkəmə prosesinə başlanılıb. Sözügedən 132-ci maddədə qəsdən döymə və sair fiziki zorakılıq olaylarına görə minimum əməkhaqqının 200 misli həcmində cərimə, icbari işlər və 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Xatırladaq ki, hələ 2009-cu ilin aprel ayının 19-dan cərəyan edən bu təzyiqlərin kökü Yevlax “Cümə” məscidinin ərazisinin bir hissəsinini qəsb etməyə çalışarkən başlamışdır. O zaman Yevlax ŞİH ərazini məsciddən alaraq ticarət obyekti etmək istəmişdi. Lakin Yevlax inanclıarının ardıcılı səylərilə əlaqədar qurum və təşkilatların məsələyə müdaxiləsindən sonra Allah evinə hücumların qarşısı alınmışdır. Bundan sonra Yevlax dindarlarına qarşı təqiblər başlanmışdır.
 
 
  • Yazılıb
  • da (də) 2010 Aug 03