Tarix : 2010 Aug 03
Kod 18560

Polis aksiyaya imkan vermir

Şənbə günü polis Müsavat və Xalq Cəbhəsi partiyalarının Bakının Fontanlar bağındakı birgə aksiyasını dağıdıb
Azərbaycan Servisi/Aran Agentliyi
Aksiya sərbəst toplaşma azadlığının təmin olunması, 7 noyabr parlament seçkilərinin demokratik keçirirlməsi, Qarabağ probleminin Azərbaycanəın milli maraqlaı nəzərə alınmaqla həll olunması tələbilə şəhərin mərkəzindəki Fontanlar bağında keçirilirdi.
    Hələ aksiyanın başlanmasına bir xeyli qalmış müxalifət fəallrının həbsləri başlanıb. Bundan əlavə, gücləndirirlmiş polis dəstələri şəhərin bütün mərkəzi park və meydanlarına düzülmüşdülər. Təqribən saat 16:45 radələrində Fontanlar bağında “Azadlıq”, “Azad seçki”, “İstefa” şüarları səsləndirən AXCP fəallarının ilk qrupu “Nərgiz” ticarət mərkəzinin qarşısında göründülər. Amma polislər dərhal hücuma keçərək və 15-20 nəfəri saxlamaqla onları dağıtdılar. Təqribən 5 dəqiqə sonra yenə də həmin sayda daha bir qrup saxlanıldı. Özü də bu zaman “istefa”şüarı səsləndirən aksiya iştirakçıalrının ağızlrını polislər əlləri ilə yumurdular. Saat 17-də isə parka eynilə həmin çüarları səsləndirən Müsavat partiyasının fəallrından ibarət böyük bir dəstə çıxdı. Yenə də polis onların çoxunu saxladı. Saxlanılanların sayı 80-100 nəfər arasındadır.
    Bu polisin son 4 ayda dağıtdığı müxalifətin 7-ci aksiyasıdır. Artiq üç ildən artıqdır ki, Bakı şəhər hakimiyyəti şəhərin mərkəzində aksiya keçirirlməsini qadağan edir və bu aksiyaları keçirmək üçün şəhərdən kənarda yer verir.
 
 
  • Yazılıb
  • da (də) 2010 Aug 03