Tarix : 2010 Aug 03
Kod 18561

Azərbaycan Kassetli Bombalar Əleyhinə Konvensiyaya Qoşulmur

“Azərbaycan Minalar Əleyhinə Kampaniya” İctimai Birliyi bazar ertəsi Media Mərkəzində “Kassetlı bombalar əleyhinə Konvensiya”nın qüvvəyə minməsilə bağlı müzakirələr keçirib
Azərbaycan Servisi/Aran Agentliyi
Müzakirələrdə kassetli bombaların Koreya, Vyetnam, Əfqanıstan, İraq, Bosniya-Herseqovina və digər müharibələrdə istifadə olunduğu qeyd edilib. Bu bombanın partlamasının digər bombaların partlaması ilə müqayisədə daha çox ölüm və yaralanmalara səbəb olduğu deyilib, tədbirdə nümayiş etdirilən sənədli filmdə bu bombaların qurbanları bu silahların törətdiyi fəsadlara toxunublar.
   Tədbirdə 2003-cü ildən bu bombaların istehsalı və hərbi əməliyyatlarda tətbiqinin qadağan olunması haqqında Norveçdə hərəkatın başlandığı, bura 40-a qədər ölkənin nümayəndələrinin qatıldığı bildirirlib. Amma həmin vaxt hərəkat elə bir ciddi uğur əldə etməyib. 2006-cı ildə rəsmi Oslo bu hərəkata dəstək verib, müxtəlif ölkələrdə tədbirlər keçirilib, BMT və digər beynəlxalq qurumları bu prosesə cəlb edib və nəhayət, 2010-cu il avqustun 1-də bu konvensiya qüvvəyə minib. Hazırda dünynın 80 ölkəsi adı çəkilən konvensiyaya qoşulub.
    Konvensiyanın təşəbbüsçüsü olan Norveç dövlətinin Azərbaycandakı səfirliyinin əməkdaşı Lars Raqnar Aa Hansen bu konvensiyanın qüvvəyə minməsini son 10 ilin ən mühüm hadisəsi kimi dəyərləndirib və rəsmu Bakını tezliklə bu sənəndə qoşulmağa çağırıb. Konvensiya təkcə kassetli bombaların tətbiqini deyil, habelə istehsalını da qadağan edir, eyni zamanda bu bombalar nəticəsində xasarət alan insanlara yardımlar və güzəştlər nəzərdə tutulur.Bununla belə, diplomat bu məsələni humanitar məsələdən çox siyasi məsələ adlandıraraq, elə siyasi iradə ilə siyasi müstəvidə həll olunacağını vurğulayıb. Daha sonra diplomat kassetli bombaların ləğvini nəzrədə tutan bu konvensiyaya “bu sonun başlanğıcı yox, başlanğıcın sonudur və bütün ölkələr bunda maraqlı olmalıdır” cümləsilə münasibətin ifadə edib. Bununla birgə bütün ölkələrin vətəndaş cəmiyyəti institutlarını kassetli bombalar əleyhinə mübarizəyə çağırıb.
    Rəsmi Bakının bu konvensisyaya münasibətini Xarici İşlər Nazirliyinin əməkdaşı Elçin Hüseynli ifadə edib və konvensiyanı artıq beynəlxalq hüququn tərkib hissəsi adlandırıb. Bununla yanaşı Horveş diplomatının rəsmi Bakının sənədə qoşulması çağırışına cavab verən E.Hüseynli Azərbaycan hakimiyyətinin sənədi bəyəndiyini, bununla bağlı bir sıra tədbirlərə qatlıldığını deyib. Amma rəsmi Bakının bu sənədə qoşulmayacağını və bunun səbəblərinin açıqlanmayacağını bildirib. Eyni zamanda, E.Hüseynli Ermənistan ilə müharibə şəraitinin qalmasını önə çəkərək, dolayısı ilə bu sənədə qoşula bilməməsini həmin müharibə şəraitilə əlaqələndirib. Xəbəri “Turan” yayıb.
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Aug 03