Hər il onlarla hərbi və mülkü azərbaycanlı erməni hücumları nəticəsində dünyasını dəyişir
Ermənistan Servisi/Aran Agentliyi
Yenə də atəşkəs pozulub. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 1-də saat 21.45-dən 21.55-dək Ermənistanın Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 23.20-dan 23.30-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 17.40-dan 17.45-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.30-dan 19.20-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 10.00-dan 10.15-dək, 21.50-dən 22.00-dək, 22.00-dan 22.15-dək və 23.30-dan 00.00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, avqustun 2-də saat 00.50-dən 01.00-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.15-dən 03.25-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress.com-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.