Tarix : 2010 Aug 03
Kod 18565

Türkiyə 63 ölkə ilə vizanı ləğv edib

Türkiyə hökümətinin Suriya, İordaniya, Serbiya, Rusiya kimi ölkələrin də içində olduğu 63 ölkə ilə vizaları ləğv etməsi turistlərin diqqətini bu ölkəyə yönəldib
Türkiyə Servisi/Aran Agentliyi
Vizaların ləğvi turistlərin diqqətini Türkiyəyə yönəldib. 63 ölkə ilə qarşılıqlı olaraq viza rejiminin ləğvi nəticəsində bu il Türkiyənin turizm gəlirləri keçən illə müqayisədə 7 faiz artaraq 4.5 milyard dollara çatıb. Türkiyəyə gələn turistlərin sayı isə keçən ilə baxanda 8,2 faiz artıb. Bu artım əsasən Suriya, Liviya, İordaniya, Serbiya və Rusiya ilə viza rejiminin ləğvindən sonra reallaşıb. İsrailin Türk gəmilərinə hücumundan sonra ərəb ölkələrindən gələn turistlərin də sayı xeyli artıb.Son üç ayda qazanılan 4.5 milyard dollar gəlirin 3.6 milyard dolları əcnəbi vətəndaşların, qalanları isə xaricdə yaşayan türklərin payına düşür.Xarici turistlərin Türkiyədə ortalama qalma müddəti isə 7-9 gecə, xərclədikləri pul isə 480 dollar təşkil edib.Bu ilin aprel, may və iyun aylarında Türkiyəyə gələn turist sayı 8 milyon 300 mindən çox olub.
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Aug 03