Qətnamə vasitəsilə aksiya iştirakçıları şou konsert proqramlı karnavalın keçirilməməsini tələb ediblər
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən, avqustun 2-də Nardaranın İmam Hüseyn meydanında etiraz aksiya keçrilmişdir. Bu barədə Azərbaycan KİV-nə məlumat verən Nardaran kənd ağsaqqallar şurasının sədri Məşhədi Natiq Kərimov qeyd etdi ki, avqust ayının 13-ü Nardaranda qəsəbəsində yerləşən “Dəniz incisi” əyləncə mərkəzində “MTV” kanalının açılışı mərasimi ilə əlaqədar təşkil olunan konsert mərasiminə etiraz olaraq Nardaran sakinləri “İmam Hüseyn” meydanında aksiya keçirmişlər. Mitinqdə məhz Ramazan ayının ehtiramının aşağılanması, eyni halda səhərə qədər açıq girişlə əyləncə, içki və musiqilərin yer almasına etiraz edilib. Amerikanın “MTV” kanalının Nardaranda, əyləncə mərkəzində şou keçirməsi heç bir ədəb, ilahi dəyərlər və milli mənsubiyyətimizə sığmayan bir hal olaraq pislənilib. Əgər bu tədbirə hazırlıq davam etsə kənd camaatı əyləncə mərkəzinə yürüş edəcək və orada dinc etiraz aksiyası keçirəcəklər. Bu məsələnin qarşısını almaq üçün bütün vasitələrdən istifadə olunacağını deyən Məşhədi Natiq Kərimov bildirdi ki, aksiayının sonunda aksiya iştirakçıları tərəfindən qətnamə qəbul olundu. Qətnamədə mənəviyyat ayında mənəvi dəyərlərə zidd olan bu tədbirin Qərbə və dəstəklədiyi iqtidara utanc gətriəcəyi vurğulanıb. Qətnamədə qeyd olunur ki, dünyanın pozğun “ulduzları”, o cümlədən Azərbaycan əxlaqsızlarının gecəyə dəvəti yolverilməzdir. Mitinqçilər Mübarək Ramazan ayında belə aksiyanın məhz Nardaranda keçirilməsinin təsadüfü olmadığını da bildiriblər. Qətnamə vasitəsilə aksiya iştirakçıları şou konsert proqramlı karnavalın keçirilməməsini tələb ediblər.