Müşavirə otağından qayıdan hakim Elçin Qurbanov, təqsirləndirilən Elçin Abbasov və Seynur Hüseynova 4 il, Elmar Səmədov, Ağəli Yəhyayev və Bilal Əhmədova isə 4 il 6 ay iş verib
Azərbaycan Servisi/Aran Agentliyi
Avqustun 3-də Yasamal Rayon Məhkəməsində dindarların işi üzrə məhkəmə prosesi sona çatıb. Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə, ittiham olunanların son sözündən sonra hakim müşavirə otağına yollanıb. Müşavirə otağından qayıdan hakim Elçin Qurbanov, təqsirləndirilən Elçin Abbasov və Seynur Hüseynova 4 il, Elmar Səmədov, Ağəli Yəhyayev və Bilal Əhmədova isə 4 il 6 ay iş verib. Xatırladaq ki, barələrin də iş kəsilən 5 dindar, fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən həbs olunmuşdu. Dindarların vəkilləri Apelyasiya Məhkəməsinə şikayət verəcələr.