Tarix : 2010 Aug 09
Kod 18610

Gürcüstanda yanğın 50 evi külə döndərdi

Ötən gün Gürcüstanın Qardabani rayonunda baş verən yanğın zamanı rayonun Kumisi kəndində 50 ev yanıb
Rusıya Servisi/Aran Agentliyi
Ötən gün Gürcüstanın Qardabani rayonunda baş verən yanğın zamanı rayonun Kumisi kəndində 50 ev yanıb.
Yanğın nəticəsində xəsarət alan və ölən olmayıb. İlkin ehtimala görə, yanğına güclü istilər səbəb olub. Hadisə yerinə çağırılmış yanğınsöndürənlər alovun qarşısını gecə saatlarında ala biliblər.

Yerli sakinlərin verdiyi məlumat görə, yanğınsöndürənlər hadisə yerinə iki saatlıq gecikmə ilə gəldiklərinə görə yanğın daha geniş əraziyə yayılıb. Yanğınsöndürənlər isə gecikmənin səbəbi kimi əraziyə gələn yolların bərbad olmasını göstəriblər.

Yanğın nəticəsində Kumisi kəndinin elektrik təchizatı da sıradan çıxıb. Kəndin elektrik transformatoru və elektrik xətləri zədələndiyindən elektrik verilişi dayandırılıb.
ans
  • Yazılıb
  • da (də) 2010 Aug 09