Tarix : 2010 Aug 13
Kod 18624

BAKIDA EV PARTLADI

Azərbaycan paytaxtında yaşayış evində partlayış olub, xəsarət alanlar var
Azərbaycan Servisi/Aran Agentliyi

Bakıda yaşayış evi partlayıb. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən məlumat verilib. Hadisə bu gün səhər saatlarında, Rəsul Rza küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Təbii qaz sızmasının səbəb olduğu partlayış nəticəsində evdə olan 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Bakı şəhər 5 saylı Klinik Xəstəxananın Yanıq Şöbəsindən APA-ya bildirilib ki, baş vermiş partlayış nəticəsində 3 nəfər ağır yaralanıb. Bunlar 66 yaşlı Vaqif Sadıqov, 37 yaşlı Könül Sadıqova və onun azyaşlı oğlu, 3 yaşlı Süleyman Sadıqovdur. Yaralılardan V. Sadıqovun vəziyyət çox ağırdır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində araşdırma aparır.

  • Yazılıb
  • da (də) 2010 Aug 13