AK partiya xarici əlaqələr rəhbərliyi tərəfindən verilən iftara İsrailin Ankara səfiri Qabi Levi dəvət edilməyib
Türkiyə Servisi/Aran Agentliyi
Faktxeber.com-un İxlas xəbər agentliyinə istinadən verdiyi məlumata görə, AK partiya xarici əlaqələr rəhbərliyinin ənənəvi iftar qonaqlığına Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, nazirlər və millət vəkilləri, media nümayəndələri, İsrail səfrindən başqa bütün ölkələrin səfirləri dəvət ediliblər.
İftar yeməyinə gələn qonaqları partiya ümumi mərkəzi qarşısında qarşılayan Ömər Polad, jurnalistlərin İsrailin Ankara səfiri Qabi Levinin dəvət edilməməsi ilə əlaqədar suallarını da cavablayıb. O, bildirib ki, İsrail səfiri Levinin iftara dəvət edilməməsi nə İsrail səfirinin şəxsi ilə bağlıdır və nə İsrail xalqı ilə bir əlaqəsi yoxdur.
Biz İsrailin "Mavi Mərmərə" gəmisinə qarşı göstərdiyi təcavüzkar mövqeyini və Türkiyənin bu mövzudakı tələblərinə qarşı mənfi cavablarına görə, tənqidi rəftarımızı göstərmək üçün onları dəvət etmədik.