buna rəsmi səbəb kimi texniki problemlərin yaranması göstərilib. Konkret olaraq, ərzaqların saxlanması üçün soyuducuların olmaması
Azərbaycan Servisi/Aran Agentliyi
Dünyanın ən pozğun telekanallarından olan MTV-nin avqustun 13-də keçirilməsi nəzərdə tutulan VIP - OPEN AIR PARTY proqramının keçirilmə məkanı dəyişdirilib.
İslam-Azeri.az internet qəzetinin verdiyi xəbərə görə, buna rəsmi səbəb kimi texniki problemlərin yaranması göstərilib. Konkret olaraq, ərzaqların saxlanması üçün soyuducuların olmaması. Bildirilib ki, MTV-nin biabırçılığı Nardaranda deyil, Hotel & Resort Khazar Golden Beach–də baş tutacaq.
Xatırladaq ki, Nardaran əhalisi, eləcə də bütün Azərbaycanın sağlam düşüncəli vətəndaşları, ilk gündən MTV-nin konsertinə qəti etirazını bildirmişdilər və Ramazan ayında belə tədbirlərin keçirilməsini ölkə müsəlmanlarına qarşı yönəlmiş təxribat kimi dəyərləndirmişdilər.
İslam-Azeri.az