Azərbaycan Servisi/Aran Agentliyi
Astara gömrük məntəqəsində tıxac yaranıb. Həm maşını olanlar, həm də maşınsızlar İran tərəfə keçə bilmirlər. Hadisə yerində olan vətəndaşların ANS PRESS-ə verdiyi məlumata görə, bu gün səhər saat 09.00 radələrindən İrana getmək üçün gömrük məntəqəsinə gələnləri qarşı tərəfə keçməyə qoymurlar.
"Hazırda İrana getmək üçün növbə gözləyənlərin sayı təqribən 500-600 nəfərə çatıb. Gömrük məntəqəsinin əməkdaşları vətəndaşlara heç bir səbəb göstərmədən giriş qapılarını bağlayaraq insanları içəri buraxmırlar. Amma İrandan Azərbaycana gələnlər isə sərhədi normal qaydada keçə bilirlər. Artıq isti havada gözləyən vətəndaşlardan bir neçəsinin səhhəti də pisləşib”, - deyə Muxtar Bayramov adlı vətəndaş ANS PRESS-ə bildirib.
Astara Gömrük İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, sərhəddən vətəndaşların buraxılmaması yalnış məlumatdır.
“Sadəcə olaraq İran tərəfə keçmək istəyənlərin sayı həddində artıq olduğundan onların məntəqədən buraxılmasında müəyyən gecikmələr yaranıb. Vətəndaşlar 5-10 nəfər olmaqla məntəqəyə alınır və yoxlanılaraq İrana buraxılır. Yoxlanış müddəti çox olduğundan qapı qarşısında sıxlıq yaranır”, - deyə məlumatda bildirib.