Tarix : 2010 Aug 22
Kod 18707

NARDARAN CAMAATI NÖVBƏTİ AKSİYAYA HAZIRLAŞIR

Nardaran sakinləri kəndə verilən elektrik enerjisinin kəsilməsilə bağlı məcburi olaraq etiraz aksiyasına cəlb olunublar
Azərbaycan Servisi/Aran Agentliyi

Bunu Turan-a kəndin ağsaqqallarından biri Məşədi Natiq Ağayev bildirib. Onun sözlərinə görə, əhali kənddə həm də yeni elektrik kabellərinin çəkilməsinin əleyhinədir. “İş yeri yoxsa, gəlir yoxsa, bu kabelləşməni neynirik? Gəlib işlənməyən elektrikə görə camaatdan pul yığmaq istəyəcəklər ki, bu da yeni münaqişə üçün əsas olacaq. Nə qədər ki, sakinlər işlə təmin edilməyiblər, kabelləşmə olmayacaq”, - N.Ağayev durumu şərh edib.

Kabelləşmənin əleyhinə çıxan əhaliyə qarşı tədbir görmək üçün pols çağırılıb. Kəndə gələn polislər məsələnin nə yerdə olduğunu bildikdən sonra hadisə yerini tərk ediblər. Bu gecə kəndə elektirk enerjisi nəql edən transformator söndürülüb. Bundan hiddətlənən əhali yenə də ayağa qalxaraq etirazını ifadə edib. Kəndə gələn transformatora işıq verilməsi dayandırıldığı, amma dəniz sahili boyunca villa və qəsrlərə elektrik ötürən transformator söndürülmədiyi üçün həmin transformatoru elektirk xəttindən ayırmaq istəyiblər. “Elə ki, hiss etdilər ki, əhalinin niyyəti ciddidir, “böyük”lərin transformatoru” söndürüləcək, tez bu biri transformatora elektrik verilməsini bərpa etdilər”, - N.Ağayev qeyd edib.

Kənd sakini bildirib ki, baş verənlərə etiraz olaraq bu gün saat 11.00-dan Nardaranda kütləvi etiraz aksiyası başlayacaq. \TURAN\

  • Yazılıb
  • da (də) 2010 Aug 22