Tarix : 2010 Aug 27
Kod 18747

Amerikanın Azərbaycanla siyasi oyunbazlığı

.
Azərbaycan Servisi/Aran Agentliyi
Müəllif: C. Məhəmmədzadə
 
Aran İnformasiya Agentliyi / Azərbaycan xidməti: Son dövrdə Amerika xarici işlər nazirinin Qafqaz məntəqəsinə, eləcə də Bakıya səfəri baş tutdu. Səfər gedişində belə bir təsəvvür yarandı ki, Amerika məntəqəyə son aylarda xüsusi diqqət yetirir. Amerikanın ali rütbəli rəsmilərinin ardıcıl olaraq qısa bir müddətdə məntəqəyə, xüsusilə Bakıya səfəri buna aydın dəlildir. ABŞ rəsmilərinin səfərlərinin artması sabiq Sovetlər İttifaqı respublikalarında Vaşinqtonun mövqelərinin zəifləməsi ilə bağlıdır. Belə ki, Qafqazda rəngli inqilablar bir-birinin ardınca müvəffəqiyyətsizliyə uğradı. Belə görünür ki, Obama dövləti növbəti dəfə məntəqədəki ölkə başçılarının diqqətini cəlb etmək istəyir.
Qafqaz respublikaları arasında Azərbaycan respublikasının Amerika üçün xüsusi əhəmiyyəti var. Belə ki, ABŞ dövlət katibi Hillari Klinton son səfərində bu mövzunu xüsusi vurğuladı: "Azərbaycan Vaşinqtonu bu məntəqədə öz məqsədlərinə asanlıqla çatdıracaq açardır." Amerika rəsmiləri üçün Bakının xüsusi əhəmiyyət daşıması ilə bağlı bir neçə nöqtəni qeyd etmək lazımdır:
1. Amerika məşhur 11 sentyabr hadisələrindən sonra terrorizmlə mübarizə pərdəsi altında məntəqənin müxtəlif ölkələrinə təcavüz etdi. İddiası bu oldu ki, beynəlxalq birliyin təhlükəsizliyinə yardım ğöstərir. Amerikanın Əl-Qaidə ilə mübarizə üçün qoşun yeritdiyi ölkələrdən biri Əfqanıstandır. Bu məqsədlə Əfqanıstanda 140 min qoşun toplanmışdır. Azərbaycan respublikası 100 minlik hərbi qüvvənin Əfqanıstana ötürüldüyü tranzit ölkələrdən biridir. Bu səbəbdən Azərbaycan respublikası Əfqanıstan müharibəsində xüsusi əhəmiyyət kəsb edib. Amerika Əfqanıstana hərbi qüvvə və təchizat ötürmək istiqamətində məhdudiyyətlərlə üzləşdiyi vaxt Bakı bu problemin həllində Ağ Evə köməkçi olub. Hillari Klintonun da son səfərində mühüm mövzulardan biri terrorizmlə mübarizədə həmkarlıq, məntəqədə Əl-Qaidəyə qarşı dəstək və bu sahədə qarşılıqlı yardım olub.
2. Ağ Evin Azərbaycana diqqətinin günbəgün artmasının digər bir səbəbi ABŞ-ın Qırğızıstandakı hərbi bazasının bağlanması olub. Qeyd olunan bazanın bağlanması Amerikanı Azərbaycanın diqqətini cəlb etməyə vadar edib. Belə ki Ağ Ev hərbi qüvvə və təchizatların Əfqanıstana ötürülməsi üçün Bakıya möhtac olub. Amerikanın müdafiə naziri Robert Qeyts və dövlət katibi Hillari Klinton qısa bir müddətdə Bakıya səfər ediblər. Bu səfərlər Qırğızıstanda baş verən hadisələr müstəvisində dəyərləndirilir.
Azərbaycan parlamentində yeni hərbi doktrinanın təsdiq edilməsi Amerikanı Bakıya yaxınlaşmağa həvəsləndirib. Belə ki, məntəqədə strateji mövqelərində boşluq yaranan ABŞ yeni doktrinaya ümid edib. Azərbaycanın yeni hərbi doktrinasına əsasən, dövlət fövqəladə şəraitlərdə ölkə ərazisində xarici hərbi baza yerləşdirə bilər. Yeni hərbi doktrinanın Azərbaycan parlamentində təsdiq edilməsi, eləcə də bu hadisənin Amerika müdafiə nazirinin səfəri ardınca baş verməsi belə bir ehtimalı gücləndirir ki, Azərbaycan dövlət və parlamenti Amerika rəsmilərinin istəklərindən təsirlənərək hərbi doktrinanın 29-cu maddəsini qəbul ediblər.
Azərbaycan respublikasının hərbi doktrinasının 29-cu maddəsində deyilir: "Beynalxalq razılaşmalarda nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan respublikası öz ərazisində xarici ölkələrin hərbi bazalarını yerləşdirə bilməz. Buna baxmayaraq, hərbi və siyasi durumda xüsusi dəyişikliklər baş verən zaman Azərbaycan respublikası xarici qüvvələrin bazalarını yerləşdirmək hüququnu özündə saxlayır."
Hansı ki, bu vaxta qədər Azərbaycan respublikasının milli təhlükəsizlik konsepsiyasına əsasən ölkə ərazisində hərbi bazaların yerləşdirilməsi qadağan idi. Bakı Qafqazda ərazisində hərbi baza olmayan yeganə dövlət kimi çıxış edirdi. Hansı ki, ölkənin şimalında və cənubunda başqa ölkələrə icarəyə verilmiş bazalar var. Beləcə, rəsmi olaraq ilk dəfə xarici hərbi bazaların ölkə ərazisində yerləşdirilməsi mümkün sayıldı.
Region üzrə mütəxəssislərin bəziləri bu fikirdədirlər ki, Azərbaycanın öz ərazisində hərbi bazaların yerləşdirilməsinə icazə verməsi balans yaratmaq məqsədi daşıyır. Belə ki Bakı qüvvələr nisbətini tarazlamaqla məntəqədə maraqı olan İran İslam respublikası kimi dövlətlərə təsir vasitəsi əldə edir. Azərbaycan dövləti balanslaşmış siyasət yürütməklə maraqlı dövlətləri öz siyasətinə uyğunlaşdırır. Beləcə iqtisadi, siyasi mövzularda Bakı beynəlxalq dəstək əldə edir. Amerika isə yaranmış fürsətdən istifadə edərək Manas hərbi bazasının bağlanmasından yaranmış boşluğu doldurmağa çalışır və bu istiqamətdə Azərbaycandan yararlanır.
3. Amerikanın üçüncü, bəlkə də əsas məqsədi Bakıda və Qafqazda böyük strateji məqsədlərini həyata keçirməkdir. Amerika uzun illərdir ki, Rusiyanın regiondakı aparıcı rolunu zəiflətməyə çalışır. Baş vermiş rəngli inqilablar bu məqsədlə həyata keçirilmişdir. Əlbəttə ki, regionda möhkəmləndikdən sonra Amerika neft mənbələrinə, enerji ötürücü xətlərə də nəzarəti əldə edəcək. Bundan əlavə onun İran İslam respublikasına nəzarət etmək imkanları da yaranır.
Azərbaycanı Qərb və Amerikaya yaxınlaşmağa sövq edən bir mövzu da var. Bu, Azərbaycan hökumətinin Dağlıq Qarabağ probleminin həllində super güclərə ehtiyac duymasıdır. Azərbaycan hökuməti Amerikaya yaxınlaşmaqla Ağ Evin Dağlıq Qarabağ probleminə olan münasinbətini dəyişmək istəyir. Bakı çalışır ki, Amerikanın imkanlarından istifadə etməklə böhranlı vəziyyətdə iştirakçıları razı salsın və bu yolla öz hüququnu bərpa edib ərazilərini geri qaytarsın.
Azərbaycanın illər uzunu Amerika ilə müzakirə etydiyi məsələlərdən biri də Ağ Evin Bakıya tətbiq etdiyi 907 saylı qadağanın aradan qaldırılmasıdır. Bakı hər vasitə ilə Ağ Evin bu mövzuya münasibətini dəyişmək istəyir. Amerika Senatı tərəfindən qəbul olunmuş bu qadağa Azərbaycanı hərbi yardımlardan, siyasi və iqtisadi dəstəklərdən məhrum edir. Azərbaycan tərəfi bu qadağadan çox narahatdır və Amerika rəsmiləri ilə bütün görüşlərdə uyğun mövzunu qabardır. Amerika rəsmiləri isə hər dəfə bir bəhanə gətirir və bu məsələnin Senata aid olduğunu vurğulayır. ABŞ dövlət rəsmiləri bu qadağanın aradan qaldırılması istiqamətində səlahiyyətli olmadıqlarını bildirirlər.
Amerika rəsmiləri regiondakı strateji maraqlarını həyata keçirmək üçün Azərbaycan hakimiyyətinin diqqətini cəlb etməyə çalışsa da, Bakının istəklərinə ikili münasibət göstərmiş və əslində siyasətbazlıqla məşqul olmuşdur. Belə ki, ABŞ-Azərbaycan münasibətlərində hər hansı hansı qarşılıqlı anlaşmadan söz gedə bilməz. Ağ Ev ATƏT-in Minsk qurupunun bir üzvü olaraq Dağlıq Qarabağ probleminin həllində bir iş görə bilməmiş və buna çalışmamışdır. Ermənistan tərəfindən işğal edilmiş torpaqların Azərbaycana qaytarılması üçün heç bir iş görülməmişdir. Əksinə, müxtəlif beynəlxalq görüşlərdə və yığıncaqlarda Ermənistan himayə olunmuşdur. ABŞ dövlət katibi Hillari Klintonun Bakıya son səfərində də ondan Qarabağ probleminin həlli istiqamətində kömək istənilmişdir. Amma Klinton Dağlıq Qarabağ probleminin həllində aciz olduğunu bildirmişdir. Sadəcə həmişəki kimi bu istiqamətdə yardım ediləcəyi söz verilmişdir. Beləcə Amerika ötən illərdə daim öz mənafelərini izləmiş, Bakı ilə baxışların yaxınlaşması istiqamətində heç bir addım atmamışdır. Minsk Qrupunun da Dağlıq Qarabag probleminin həlli istiqamətində fəaliyyətləri təsirsizdir.
Öz mlli məqsədlərinə çatmaq üçün supergüclərə ümid edən və yaxınlaşan dövlətlərin tarixini izlədikdə görürük ki, onların aqibəti rəngli inqilablar və biganələrin müdaxiləsi ilə nəticələnmişdir. Supergüclərə ümid edən və yaxınlaşan dövlətlərin yaşadığı dövlət çevrilişləri, rəngli inqilablar və siyasi təzyiqlər Bakı siyasiləri üçün ibrət ola bilər. Bu acı təcrübəni öyrənən rəsmilər daim öz mənafelərini izləyən biganələrə meydan verib öz milli təhlükəsizliklərini və müstəqilliklərini təhlükəyə atmamalıdırlar. Onlar milli gücdən, dövlətin və məntəqənin potensialından istifadə edərək öz ali hədəflərinə doğru hərəkət etməlidirlər.
  • Yazılıb
  • da (də) 2010 Aug 27