Tarix : 2010 Aug 27
Kod 18748

Azərbaycan Pakistana daha 1 milyon dollar ayırdı

Qeyd edək ki, bir müddət öncə ölkəmiz Pakistana 1 milyon dollar həcmində yardım ayırmışdı
Azərbaycan Servisi/Aran Agentliyi

Rəsmi Bakı Pakistanda baş vermiş təbii fəlakətlə əlaqədar, zərərçəkmiş insanlara yardım göstərilməsi və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə bu ölkəyə daha 1 milyon dollar məbləğində yardım ayırıb.  Qeyd edək ki, bir müddət öncə ölkəmiz Pakistana 1 milyon dollar həcmində yardım ayırmışdı.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bununla yanaşı, bu gün Müdafiə Nazirliyi tərəfindən ayrılmış ümumi çəkisi 40 ton, dəyəri 350 000 manat olan qida məhsulları, geyim və məişətdə istifadə edilən mallarla yüklənmiş təyyarə Pakistana göndərilib. Bundan əlavə avqust 29-da növbəti təyyarə ilə Fövqəladə Hallar Nazirliyinin ayırdığı 104 834 manat dəyərində olan qida məhsulları, geyim və dərman preparatlarından ibarət yük Pakistana göndəriləcək. \ans\

  • Yazılıb
  • da (də) 2010 Aug 27