İranın Mədəni İrs və Turzm təşkilatının sədri Həmid Bəqayi, Ermənistanın "soyqrım" adından istifadə etdiyini bildirib
Azərbaycan Servisi/Aran Agentliyi
FaktXeber.com-un "İSNA"-ya istiadən verdiyi məlumata görə, İranın paytaxtı Tehran şəhərində II Dünya Müharibəsində "İrana dəymiş zərər" mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən İranın Mədəni İrs və Turzm təşkilatının sədri Həmid Bəqayi, ölkələr arasında baş verən müharibələri pisləyib və bu müharibələrin həm insan təlafatına, həm də mədəni abidələrin yox olmasına səbəb olduğunu bildirib. Qeyd edək ki, çıxışı zamanı iranlı rəsmi həmçinin "II Dünya Müharibəsində bir çox ölkələr kimi İran da böyük maddi və mənəvi ziyan görüb. Lakin qərb dünyası müharibə zamanı İranın gördüyü zərərə göz yumaraq bu hadisəyə etinasız yanaşır. Biz İran xalqı olaraq öz iddiamızdan əl çəkməməliyik. Ermənistan daha zəyif olan "soyqrım iddiası"dan yetərincə istifadə etdiyi halda, nəyə görə biz öz qanuni haqqımızı tələb etmirik. "-deyə konfrans iştirakçılarına müraciət edib.